Avropa İttifaqı Şahin Mustafayevlə Mqer Qriqoryanın dünən baş tutan görüşünü şərh edib

Avropa İttifaqı Azərbaycan və Ermənistanın baş nazir müavinləri Şahin Mustafayev və Mqer Qriqoryanın başçılıq etdikləri dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyalarının dünən Brüsseldə keçirilən üçüncü iclasını şərh edib.

Aİ tərəflər arasındakı konstruktiv atmosferi yüksək qiymətləndirib.

“Bu görüş Avropa İttifaqı Şurasının sədri Şarl Mişel, Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan arasında Brüsseldə üçtərəfli görüşlər zamanı əldə olunmuş yüksək səviyyəli razılaşmalardan sonra keçirilir. Tərəflər sərhədlə bağlı məsələlərin həlli, habelə təhlükəsizlik vəziyyətinin yaxşılaşdırılması üzərində işi davam etdirməyə hazır olduqlarını bəyan ediblər”, – Avropa İttifaqının Xarici Fəaliyyət Xidmətinin məlumatında qeyd olunur.

Mənbə: Europa.eu

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]