Azərbaycanda yod kəskin bahalaşdı – FOTO

Azərbaycanda yodun qiyməti kəskin artıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə sosial şəbəkələrdə də məlumat yayılıb.

Qeyd olunur ki, əvvəllər 40 qəpiyə satılan yod hazırda 1,20 manatadır.

Məsələni dəqiqləşdirmək üçün Bakıda yerləşən bir neçə iri aptek şəbəkəsinə müraciət etdik. Apteklərdən bəzilərində yodun hələ də 40 qəpiyə satıldığı deyilsə də, digərlərində qiymətin artıq 1 manat 19 qəpiyə qaldırıldığı bildirildi. 

Məlumat üçün bildirək ki, Tarif (qiymət) Şurasının 26 oktyabrda keçirilən iclasında yeni dövlət qeydiyyatına alınan 76 dərman vasitəsinin qiyməti təsdiq edilib. Həmin siyahıda yod da əlavə olunub. Bu siyahıda bir neçə ölkə istehsalı olan yod var.

Ancaq hazırda apteklərdə satışda olan əsasən Rusiyanın Yaroslav əczaçılıq fabrikinin 5 faizli 10 ml olan məhsuludur. Onun pərakəndə qiyməti oktyabrın 31-dən 1,19 manat müəyyən edilib.

Tarif  Şurasının siyahısında olan qiymətlərdən biri dərmanların topdan, digəri pərakəndə satış qiymətidir. Məsələn, aptek yodu 0,99 manata alıb, 1,19 manata satmalıdır.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]