“İlham Əliyev və Putinə qara kürü hədiyyə etdim” – Lukaşenko

Belarus prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarı Vladimir Putin və Azərbaycan lideri İlham Əliyevə qara kürü verməsindən danışıb. 

Bu barədə məlumatı hakim dairəyə yaxın “Telegram” kanalı yayıb. 

“Bir müddət əvvəl Minsk yaxınlığında hovuzlarda nərə balığı yetişdirir və ondan qara kürü alındığını gördüm. Onlardan alırdım, kiməsə bir banka suvenir kimi hədiyyə edirdim. Və hamı təəccüblənirdi. Mən xüsusi olaraq İlham Əliyevə və Putinə bundan hədiyyə etdim”, – Lukaşenko respublikanın milli biotexnologiya korporasiyasına səfəri zamanı deyib.

Belarus rəhbərinin sözlərinə görə, Kremldə belə kürü yoxdur və o, Putinə bunu sınamağı təklif edib. Lukaşenkonun sözlərinə görə, Rusiya prezidenti Belarusun belə məhsul istehsal edə biləcəyinə təəccüblənib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]