Mübariz Mənsimovun anasından mesaj var- Video

İş adamı Mübariz Mənsimovun anası onun adına verilən gəminin şəhidlərin adına verilməsini istəyib. Bu barədə Mübariz Mənsimovun səhifəsində paylaşım edilib.

“Mənim anam 9 uşaq böyütmüş atamın halal çörəyini yeyən, gecəsini gündüzünə qatan bir azərbaycanlı xanımıdır. Məni yanına cağırıb “bir xahişim var” dedi. “Gəmilərə şəhidlərin adını qoyandan telefonu susmur. Qohum qardaş, tanımadığın insanlar, hərə bir xahiş edir: oğlumuzun adına gəmi verin”. Və anam da belə bir xahiş etdi. “Mənim adımı daşıyan gəminin adını Qarabağ şəhidləri qoy. Bütün şəhidlərin adına həsr et”. Mən də anamın xahişini yerə salmayıb, anamın adını daşıyan “Zümrüd Ana” gəmisinin adını dəyişib, 1992-1994 və 2020-c il şəhidlərinin adlarına ithaf edirəm. Gəmimiz “Qarabağ Şəhidləri” adını daşıyacaq və gəmidəki muzeydə bütün şəhidlərimizi şəkilləri yer alacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Anamın bu xahişini bütün şəhid analarına, atalarına çatdırmaq istədim. Az da olsa, ürəyinizə su səpə bildiksə, nə mutlu bizə”, – Mənsimov yazıb.

Mübariz Mənsimovun rəhbər olduğu “Palmali” Holding bu yaxınlarda şirkətə daha 6 gəmi alacağını açıqlayıb. Gəmi Vətən Müharibəsində şəhid olan qəhrəmanların adını daşıyacaq.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]