QHT Vətənpərvərliyin ən uca zirvəsi olan şəhidliyin milli şüur və milli dövlətçilik kontekstində əhəmiyyətini vurğulayan “Şəhidlik zirvəsi” sənədli filmin çəkilməsi layihəsinin təqdimat mərasimini keçirdi

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “20 Yanvar Şəhid Ailələrinin Hüquqlarının Təmin Olunması” ictimai birliyi tərəfindən həyata keçirilən Vətənpərvərliyin ən uca zirvəsi olan şəhidliyin milli şüur və milli dövlətçilik kontekstində əhəmiyyətini vurğulayan “Şəhidlik zirvəsi” sənədli filmin çəkilməsi adlı layihəsinin təqdimat mərasimi keçirildi.

05 noyabr 2022-ci il tarixdə Yasamal Rayonu Heydər Əliyev Mərkəzində Vətənpərvərliyin ən uca zirvəsi olan şəhidliyin milli şüur və milli dövlətçilik kontekstində əhəmiyyətini vurğulayan “Şəhidlik zirvəsi” sənədli filmin çəkilməsi
layihəsinin təqdimat mərasimi keçirilib.

Azərbaycan Respublikasın Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə reallaşdırılan bu layihədə məqsəd Azərbaycanın suverenliyi uğrunda şəhid olmuş 20 yanvar şəhidlərini və onların birinci Qarabağ müharibəsində şəhid övladlarının həyatı və döyüş yollarını nümunə göstərərək Azərbaycan cəmiyyətində, xüsusilə gənc nəslimizdə vətənpərvərlik hisslərinin daha artmasına, şəhidlik dəyərinin düzgün başa düşülməsi və dəyərlər sistemimizdə yerinin daha da möhkəmlənməsinə, Azərbaycan ordusunun nüfuzunun cəmiyyətimizdə daha da möhkəmlənməsinə, nəhayət, müzəffər Ali Baş Komandanımız İlham Əliyevin ətrafında milli birliyin daha da güclənməsinə nail olmaqdır. Azərbaycan Respublikasında fəaliyyət göstərən xarici ölkələrin diplomatik nümayəndəliklərinə və beynəlxalq təşkilatlara, həmçinin ölkəmizdə işləyən yaxud Azərbaycana turist kimi səfər edən əcnəbilərə paylanacaq. Vurğulamaq lazımdır ki, “Şəhidlik zirvəsi” sənədli filmi sosial şəbəkələrdə də geniş təbliğ olunacaq.

Azərbaycanın dövlət himninin səsləndirilməsi, daha sonra isə şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan təqdimat mərasimində qazilər, ziyalılar, ictimai xadimlər, vətəndaş cəmiyyətinin nümayəndələri, həmçinin media mənsubları iştirak ediblər.

Qeyd etmək lazımdır ki, “Şəhidlik zirvəsi” sənədli filmi “Aktual Media Group” mərkəzində hazırlanmışdır.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]