“Sosial şəbəkələrdə Naxçıvanla bağlı təxribat xarakterli məlumatlar yayımlanır” – DTX

Son vaxtlar bir sıra sosial şəbəkələrdə uydurma təşkilat olan İranın Naxçıvan Xalq Hərəkatı adından guya Azərbaycan hakimiyyətinin təqsiri üzündən Naxçıvan Muxtar Respublikası əhalisinin təhlükəsizlik, elm, ərzaq məsələlərində ciddi çətinliklərlə üzləşməsi, onların könüllü şəkildə İran İslam Respublikasının tərkibinə qatılmaq istəməsi, bununla bağlı İran silahlı qüvvələrinin Naxçıvan ərazisində yerləşdirilməsi barədə yerli əhali adından İran hökumətinə ünvanlanmış saxta müraciət yayımlanıb.

Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətindən məlumat verilib. Qeyd edilib ki, son günlər Azərbaycana qarşı məqsədyönlü şəkildə həyata keçirilən belə hallar ciddi şəkildə araşdırılır və müvafiq tədbirlər görülür. Ölkəmizə qarşı düşmən mövqedə dayanan məlum dairələr tərəfindən bu kimi cəfəngiyyat və təxribat xarakterli məlumatların yayımlanması qəbuledilməzdir və vətəndaşlarımızda ikrah hissi oyadır. Azərbaycan dövləti və onun siyasi rəhbərliyi ölkənin bütün ərazisində, o cümlədən onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasında əhalinin təhlükəsiz və firavan yaşamasının təminatçısıdır.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]