“Vəsiyyət” filminin təqdimatı keçirildi

Film şəhid Kapitan Əsəd Həsənova həsr olunub

Vətən Müharibəsi şəhidi kapitan Əsəd Həsənova həsr olunan “Vəsiyyət” sənədli filminin təqdim mərasimi keçirildi.

Aktual TV xəbər verir ki, mərasimdə şəhidin ailə üzvləri, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Əvvəlcə şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Daha sonra Dövlət Himni səsləndi.

Tədbirdə çıxış edən şəhidin atası Fərhad Həsənov və anası Mələk Həsənova şəhidin həyatından, döyüş yolundan bəhs etdilər.

Daha sonra sənədli film nümayiş olundu.

Xronometrajı 25 dəqiqə olan film şəhid Əsəd Həsənovun Vətən müharibəsi zamanı döyüşdüyü səngərdə, keçmiş cəbhənin Ağdam istiqamətində lentə alınıb.

Qeyd edək ki, “Vəsiyyət” sənədli filmi “Palmali” şirkətlər qrupunun maliyyə dəstəyi ilə ərsəyə gəlib. Filminin ssenari müəllifi Qafqazinfo.az saytının əməkdaşları Emin Səfərov, rejissoru isə Pərvin Zeynaldır.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]