“Palmali Holding”in donanması Şəhid Muxtar Əli oğlu Qasımlının adını daşıyacaq gəmi ilə dünya sularında təmsil olunacaq

Azərbaycanlı iş adamı və xeyriyyəçi Mübariz Mənsimov “Palmali”nin növbəti gəmisinə Vətən müharibəsi zamanı Füzuli uğrunda gedən döyüşlərdə şəhid olan Muxtar Əli oğlu Qasımlının adının verilməsi haqqında qərarı açıqlayıb.

Xeyir dua almaq üçün Mübariz Mənsimov şəhidin anası ilə telefonla danışıb.Muxtar Əli oğlu Qasımlı 23 fevral 1993-cü ildə Bakı şəhərində anadan olub. 1999-2009-cu illərdə Bakı şəhəri 318 nömrəli tam orta məktəbdə, 2009-2013-cü illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının kikboksinq fakültəsinin üzrə Bakalavr pilləsində təhsil alıb. Dəfələrlə yarışlarda iştirak edib və mükafaflara layiq görülüb. 27 oktyabr 2019-cu ildə fitnes üzrə Azərbaycan çempionu adına layiq görülüb. Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı olan Muxtar Qasımlı 2020-ci il sentyabrın 27-də Azərbaycan torpaqlarının erməni işğalından azad olunması uğrunda başlanan Vətən müharibəsi zamanı Füzuli uğrunda gedən döyüşlərdə savaşıb. Oktyabrın 2-də Füzuli döyüşlərində qəhrəmancasına şəhid olub. Bakı şəhəri Qala qəbiristanlığında dəfn olunub.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün, Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Muxtar Qasımlı ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medallarla təltif edilib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]