“Oğlum orada şirniyyat satır”

Xəbər verdiyimiz kimi, Xalq artisti, biznesmen Emin Ağalarov Rusiyanın “Hello!” nəşrinə müsahibə verib.

O, müsahibəsində övladlarından da danışıb.

Ağalarov 13 yaşlı oğlu Mikayılın biznesə marağı olduğunu deyib: “Onun “Sea Breeze” ərazisində kiçik konfet mağazası var. Mika orada şirniyyat satır və məndən daim hesabat tələb edir: “Ata, bir ayda nə qədər pul qazandım? Maaş nə qədərdir?” Maraqlanır ki, binanı tikmək neçəyə başa gəlir? Biznes proseslərini dərk etməyə çalışır”.

Xalq artisti digər övladları haqda bunları deyib: “Əli mahnılar yazdırmağa davam edir. Tezliklə, ola bilsin, albom buraxacağıq. Bu yaxınlarda gitarada ifa etməyə başlayıb. Bu məşğuliyyət ona çox zövq verir. Bütün uşaqlarım idmanla məşğuldur: oğlanlar fubol və cüdo, Əminə karate, Afina baletlə. Ümumilikdə, məktəb, idman, tərbiyə – uşaq rejimi belədir”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]