Azərbaycanda 5 gün iş olmayacaq

Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəylik günü ilə əlaqədar qeyri-iş günləri məlum olub.

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günü, 1, 2 yanvar tarixləri isə yeni ilin gəlişi ilə bağlı qeyri-iş günüdür.

Onu da nəzərinizə çatdıraq ki, 31 dekabr – 1 yanvar şənbə və bazara təsadüf etdiyindənh, Əmək Məcəlləsinə əsasən yanvarın 3-ü və 4-ü də qeyri-iş günü olacaq. Yəni 31 dekabr və 1 yanvar avtomotik olaraq yanvarın 3 və 4-nə keçirilir. Beləliklə, Yeni il bayramı ilə əlaqədar 5 gün ardıcıl (31 dekabr, 1, 2, 3, 4 yanvar) iş olmayacaq.

Qeyd edək ki, Nazirlər Kabinetinin hələ ki Yeni il bayramı ilə əlaqədar qeyri-iş günləri barədə açıqlaması yoxdur.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]