Noyabrın 12-də Ədliyyə Nazirliyi Penitensiar xidmətinin 4 saylı cəzaçəkmə müəssisəsində Qeyri-Hökumət Təşkilatlarına Dövlət dəstəyi Agentliyinin  “Məhkum qadınlara dəstək tədbirləri” layihəsi çərçivəsində tədbir keçirilib.

Tədbirdə “Azərbaycan qadınlarının Haqlarının müdafiə mərkəzi” İB -nin layihə rəhbəri  Aydan Xıdırova layihə haqda məlumat verərək bildirib ki, məqsəd məhbus qadınların cəzaçəkmə müəssisəsində aktiv həyat yaşamasına , cəzaçəkmə müddəti və sonrası adaptasiya olunmalarına dəstək göstərməkdir.

Ədliyyə Nazirliyi İnsan hüquqları və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi  Aynur Sabitova öz çıxışında dövlətimizin cəzaçəkmə müəssisələrindəki şəraitin yaxşılaşdırılması, xəstələrin müalicəsi, peşə öyrənməsi, işlə təmin olunması və sair şəraitlər yaratması haqda danışıb.

Psixoloq Gülnara İnanc məhbus qadınların qapalı şəraitdə yaşamağı və azad olandan sonra sosiallaşmaq üçün əhəmiyyətli olan məsləhətlər verərək onları motivasiya edib.

Ekspert Əliməmməd Nuriyev “Azadlıqdan məhrum etmə yerlərində cəza çəkən şəxslərin hüquqi statusu haqqında” çıxış edib və məhbusların suallarını cavablandırıb.

4 saylı cəzaçəkmə müəssisəsinin rəisi Elgiz  İsmayılov  cəzaçəkmə şəraiti, məhbusların qayğılarına fərdi yanaşma, onların işlə təminatı haqqında ətraflı məlumat verib. 

Sonda məhbus qadınlar hazırladıqları konsert proqramı ilə çıxış ediblər.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]