Ukrayna XİN Rusiya ilə sülh şərtlərini AÇIQLADI

“Ukraynanın sülh formulu dəyişməz olaraq qalır”.

Aktualtv.az xəbər verir ki, bunu Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Oleq Nikolenko feysbukda yazıb.
Onun sözlərinə görə, Rusiya öz şərtlərini diktə etmək iqtidarında deyil.

O.Nikolenko həmçinin rəsmi Kiyevin şərtlərini açıqlayıb: “Müharibə dərhal dayandırılmalı, Rusiya qoşunları ölkə ərazisindən çıxmalı, Ukraynanın ərazi bütövlüyü təmin edilməli, dəymiş ziyan ödənilməli və təhlükəsizlik zəmanət verilməlidir”.

Ukrayna XİN-dən bildirilib ki, başqa şərtlər daxilində davamlı sülhə nail olmaq mümkün olmayacaq.//Report

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]