Bakı-Quba yolunda hərəkət məhdudlaşdırılacaq

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 21-ci kilometrliyində yerüstü piyada keçidinin tikintisi ilə əlaqədar olaraq, 2022-ci il 16 noyabr tarixindən, saat 08:00-dan etibarən 150 metr məsafədə bir hərəkət zolağı üzrə avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən bildirir.

Yolun digər 2 hərəkət zolağının açıq olması şərti ilə tətbiq edilən məhdudiyyət tədbiri tikinti işləri bitənədək qüvvədə olacaq.

Baş DYP İdarəsi ərazi üzrə xidmət aparan YPX əməkdaşlarının təhlükəsizlik tədbirlərinə cəlb ediləcəyini bildirməklə yanaşı, sürücüləri yolun sözügedən hissəsində daha diqqətli olmağa, müvəqqəti yol nişanlarının tələblərinə, sürət rejiminə əməl etməyə, mövcud vəziyyəti düzgün qiymətləndirməyə çağırır.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]