Ermənistanda Njdenin heykəlinə “Xamneiyə ölüm” yazdılar

Ermənistanda faşist Qaregin Njdenin heykəli rəngli boya ilə yazılıb.

Bu barədə erməni politoloq Abraham Qasparyan özünün “Facebook” səhifəsində məlumat paylaşıb.

O qeyd edib ki, heykəlin üzərində farsca “Xamneiyə ölüm” şüarı yazılıb.

İranın ali dini rəhbəri barədə şüarın kim tərəfindən yazıldığı məlum deyil. Ermənistan rəsmiləri məsələ ilə bağlı açıqlama verməkdən boyun qaçırıblar.

Qeyd edək ki, Qaregin Njde İkinci Dünya müharibəsi illərində nasional sosialistlərin erməni legionunun yaradıcısı olub. O, Şimali Qafqazda Sovet Ordusuna qarşı vuruşub. 1948-ci ildə nasist Almaniyasına havadarlıqda təqsirləndirilərək 25 il müddətinə azadlıqdan məhrum edilib və Vladimir həbsxanasında ölüb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]