“Təşkilatın Katibliyi heç bir ölkədən göstəriş ala bilməz” – Lavrov

Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəhbəri və G20 sammitində iştirak edən Rusiya nümayəndə heyətinin rəhbəri Sergey Lavrov sammitdəki proqramını tamamlayıb və Bali adasını tərk edib.

Sammit çərçivəsində BMT-nin baş katibi Antonio Quterreşlə görüşündə Sergey Lavrov bildirib ki, təşkilatın Katibliyi Ukraynada baş verənlər kontekstində heç bir ölkədən göstəriş ala bilməz.

Rusiya nümayəndə heyətinin rəhbəri Ukrayna prezidenti Volodimir Zelenskinin çıxışını da şərh edib. Rusiyalı nazirin sözlərinə görə, Zelenskinin çıxışı nəzakət qaydalarına və normalarına uyğun gəlmir, Qərb ölkələrinin tələbi ilə təşkil edilib, ABŞ və Avropa İttifaqının diqqəti sammitin real gündəmindən yayındırmaq cəhdlərini nümayiş etdirib.

Qeyd edək ki, noyabrın 15-16-da İndoneziya adasında G20 sammiti keçirilir.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]