Zelenski G20 liderlərini müharibəni dayandırmağa çağırdı

Bu gün İndoneziyanın Bali adasında G20 sammiti başlayıb.

Aktualtv.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski videobağlantı ilə sammitdə çıxış edib.

O öz çıxışında sammitdə iştirak edən G20 ölkələrinin rəhbərlərini öz liderliklərini gücləndirməyə və onun təklif etdiyi sülh planına uyğun olaraq Rusiya ilə münaqişəni dayandırmağa çağırıb.

Zelenski, həmçinin Rusiya ilə əsir mübadiləsini “hamının hamıya” prinsipi ilə həyata keçirməyi təklif edib.

Qeyd olunur ki, V. Zelenskinin münaqişənin dinc yolla nizamlanması və hərbi əməliyyatların dayandırılması ilə bağlı yeni tələblərinə Zaporojye AES-də radiasiya təhlükəsizliyinin bərpa edilməsi, Rusiyanın enerji resursları ilə bağlı ən yüksək qiymət həddinin tətbiq edilməsi və “taxıl sazişi”nin genişləndirilməsi olub.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]