İstanbul terroru ilə bağlı yeni faktlar – Sifarişi “Hacı” veribmiş

Türkiyənin İstanbul şəhərində terror aktı törədən Suriya əsilli Əhlam Əlbəşir hüquq-mühafizə orqanlarına ifadə verib.

Terrorçu qadın Taksimdə bombanı qoyub qaçmadan öncə 40 dəqiqə skamyada təlimat gözlədiyini etiraf edib.

O bildirib ki, PKK terror təşkilatının “Hacı” kod adı ilə fəaliyyət göstərən üzvü ona təlimat verib və daşıdığı çantanı deyilən əraziyə qoyaraq qaçıb.

Plana əsasən, terrorçu partlayışdan sonra Yunanıstana qaçmalı idi. Lakin onun polis əməkdaşları tərəfindən saxlanılması planı alt-üst edib.

Qeyd edək ki, noyabrın 13-də İstanbulun İstiqlal küçəsində baş vermiş partlayış nəticəsində 6 nəfər həlak olub, 81 nəfər yaralanıb. Yaralılardan ikisinin vəziyyəti ağır qiymətləndirilir. Hadisəni törətməkdə ittiham olunan Suriya əsilli Əhlam Əlbəşir gizləndiyi evdə saxlanılaraq istintaqa cəlb olunub. Bundan başqa, hadisə ilə əlaqədar daha 50 nəfərin saxlanıldığı açıqlanıb.

Türkiyə rəsmiləri İstanbul terrorunun ABŞ-ın sifarişi ilə həyata keçirildiyini bildiriblər. Hazırda bununla bağlı ciddi araşdırmalar davam etdirilir.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]