Polşadan Rusiya raketlərinin ölkə ərazisinə düşməsi ilə bağlı – İlk rəsmi açıqlama

Polşa Xarici İşlər Nazirliyi Rusiya istehsalı olan raketlərin Polşa ərazisinə düşməsi ilə bağlı açıqlama yayıb.

Aktualtv.az-ın məlumatına görə, açıqlamada qeyd olunur ki, bununla əlaqədar Rusiyanın Varşavadakı səfiri Sergey Andreyev izahat üçün Polşa XİN-ə çağırılıb.
Ətraflı

“Noyabrın 15-də bir neçə saat ərzində Rusiya Federasiyasının silahlı birləşmələri tərəfindən Ukraynanın bütün ərazisinin və onun infrastrukturunun kütləvi şəkildə atəşə tutulması müşahidə olunub. Saat 15:40-da Pşevoduv kəndinə Rusiya istehsalı olan raket düşüb. Hadisə nəticəsində iki Polşa vətəndaşı ölüb” – açıqlamada bildirilir.

Qeyd edək ki, bu, Polşa hökumətinin hadisə ilə bağlı ilk rəsmi açıqlamasıdır.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]