“Erməni vandalizmi: Qərbi Azərbaycan abidələri” filminin təqdimatı keçirildi – FOTOLAR

QHT Ermənistanın ərazisində Azərbaycan xalqına məxsus tarixi-dini abidələrin məhv edilməsi ilə bağlı “Erməni vandalizmi: Qərbi Azərbaycan abidələri” filminin çəkilməsi (azərbaycan və ingilis dillərində) layihəsini icra olunub.

Aktual TV xəbər verir ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Elmi Araşdırmalar” ictimai birliyi tərəfindən həyata keçirilən Ermənistanın ərazisində Azərbaycan xalqına məxsus tarixi-dini abidələrin məhv edilməsi ilə bağlı “Erməni vandalizmi: Qərbi Azərbaycan abidələri” filminin təqdimatı Bakı Avrasiya Universitetində keçirilib.

Təqdimat mərasimində Universitetin tələbə-müəllim heyəti və QHT rəhbərləri iştirak ediblər.

Bu layihəni həyata keçirməkdə əsas məqsəd indiki Ermənistanın yerləşdiyi torpaqlarda ermənilərin Azərbaycana tarixən məxsus olan torpaqlarda tarixi-dini və mədəniyyət abidələrinə qarşı törətdikləri vandalizm aktlarını beynəlxalq ictimaiyyətə çatdırmaqdır. İkinci məqsəd erməni işğalçılarının tarixi-dini və mədəniyyət abidələrinin dağıdılmasını yaxud saxtalaşdırılmasını məqsədyönlü şəkildə, azərbaycanlılara qarşı düşünülmüş şəkildə etnik təmizləmə siyasəti həyata keçirdiyini sübut etmək və göstərməkdən ibarətdir.

Sənədli film indiki Ermənistanın yerləşdiyi Azərbaycanın tarixi ərazilərində ermənilər tərəfindən tarixi-dini və mədəniyyət abidələrinin dağıdılması yaxud bunları saxtalaşdırılması ilə bağlı müfəssəl məlumatlar Azərbaycan cəmiyyətinə və beynəlxalq ictimaiyyətə təqdim ediləcək. Təqdim olunan faktlar əsasında Ermənistanın dövlət səviyyəsində Azərbaycana və azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti yürütdüyü sübut ediləcək.Təqdim olunan faktların gənc nəsil tərəfindən mənimsənilməsi təmin olunacaq. İndiki və gələcək nəsillər üçün informasiya müharibəsində zəruri faktoloji və arxiv material rolunda çıxış edəcək.

Beynəlxalq erməni lobbisi və onların havadarlarına qarşı mübarizənin ön sıralarında olan Azərbaycanın diaspor təşkilatlarını tutarlı və təkzibolunmaz materiallarla təmin olunmasında bu sənədli film əhəmiyyətli rol oynayacaq. ​​​​​

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]