Müharibəyə görə Rusiya yüzlərlə agentini itirdi

“Rusiya Federasiyasının Ukraynaya qarşı müharibəsi zamanı xaricdəki rus kəşfiyyat şəbəkəsinə müasir tarixdə ən güclü zərbə vuruldu”.

Aktualtv.az BBC-yə istinadən xəbər verir ki, bunu Britaniyanın Mİ-5 əks-kəşfiyyatının rəhbəri Ken Makkallum deyib

Böyük Britaniyanın üzləşdiyi təhdidlərə dair illik hesabatında əks-kəşfiyyat rəhbəri bütün dünyada Rusiya səfirliyinin 600-dən çox əməkdaşının ölkədən çıxarıldığını, onlardan 400-dən çoxunun casus olma ehtimalının olduğunu bildirib.

“Bu, Avropanın yaxın tarixində Rusiya kəşfiyyatına ən güclü strateji zərbə oldu”, – Makkallum qeyd edib.

Mİ-5 rəhbəri bildirib ki, diplomatik pərdə altında işləyən 23 rusiyalı kəşfiyyatçı təkcə Böyük Britaniyadan qovulub.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]