Azərbaycan İsraildə səfirlik açır – Tarixi qərar qəbul edildi

Azərbaycanın İsraildə səfirliyi təsis ediləcək.

Bununla bağlı deputat Kamal Cəfərov sosial şəbəkə hesabında məlumat yayıb. O qeyd edib ki, məsələ Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə əlavə edilən “Azərbaycan Respublikasının İsrail Dövlətində (Tel-Əviv şəhərində) Səfirliyinin təsis edilməsi haqqında” qanun layihəsində əksini tapıb.

Bundan əlavə, “Azərbaycan Respublikasının Fələstin Dövlətində (Ramallah şəhərində) Təmsilçilik Ofisinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi, həmçinin Azərbaycanın Albaniya və Keniyada diplomatik nümayəndəliklərinin açılmasına dair qanun layihəsi müzakirə ediləcək.

***

Milli Məclisdə tarixi qanun layihəsi müzakirələrdən sonra qəbul olunub. Qanun layihəsinin lehinə 88 deputat səs verib, bir nəfər səsvermədə iştirak etməyib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]