Futbol üzrə dünya çempionatında daha bir QADAĞA

İki gün sonra Qətərdə start götürəcək futbol üzrə dünya çempionatı zamanı stadionlarda və onlara bitişik ərazilərdə pivə satışı qadağan olunacaq. 

Bu barədə Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) məlumat verib və qeyd edib ki, bu qərar Qətər hakimiyyəti ilə çempionatın əsas sponsorlarından biri olan “Budweiser” pivə şirkəti AB InBev arasında uzunmüddətli danışıqlardan sonra verilib.

“Müzakirələr nəticəsində spirtli içkilərin satışının azarkeşlər üçün nəzərdə tutulmuş xüsusi zonalarda və lisenziyalı müəssisələrdə cəmləşdirilməsi, stadionlar və onların ətrafından içki satışı məntəqələrinin yığışdırılması qərara alınıb”, – FİFA-nın rəsmi nümayəndəsi bildirib. 

“Çempionata gələn xeyli sayda azarkeş alkoqolun yerli mədəniyyətdə böyük yeri olmayan Yaxın Şərq və Cənubi Asiyadandır. Məhz buna görə də spirtli içkilərin olması həmin insanlarda narahatlıq yarada bilər”, – FİFA nümayəndələri bildiriblər.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]