Nazir Agentliyə yeni rəis təyin etdi

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov yeni təyinat edib.

Aktualtv.az xəbər verir ki Qaynarinfo-nun əldə etdiyi məlumata görə, nazirin müvafiq əmri ilə Nicat Əliyev Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin rəisi vəzifəsinə təyin olunub. 

Nicat Əliyev bundan əvvəl Fövqəladə Hallar Nazirliyinin ləğv edilən Dövlət Material Ehtiyatları Agentliyinin rəisi vəzifəsində çalışıb. 

Qeyd edək ki, Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin rəisi Hüseynov Vüqar İsfəndiyar oğlunun işdən çıxarılması barədə ilk xəbəri Qaynarinfo ötən gün yayıb. Həmin məlumatda bildirilirdi ki, Kəmaləddin Heydərovun müvafiq əmri ilə Vüqar Hüseynov vəzifəsindən azad olunaraq, təqaüdə göndərilib. Əldə etdiyimiz digər məlumata görə, Vüqar Hüseynovun vəzifəsindən azad edilməsinə səbəb ciddi maliyyə pozuntularının aşkarlanması olub. 

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]