SOCAR və “Qazprom” Azərbaycana qaz nəqli ilə bağlı müqavilə bağladı

Rusiyanın “Qazprom” şirkəti noyabrın 15-də yeni alqı-satqı müqaviləsi çərçivəsində Azərbaycana qaz tədarükünün başlandığını elan edib. 

“Bu barədə şirkət öz “Telegram” kanalında yazıb. 

Məlumata görə, çatdırılmalar 2023-cü ilin mart ayına qədər davam edəcək.

Müvafiq sənəd Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə imzalanıb. Tədarüklərin ümumi həcminin milyard kubmetr səviyyəsində olacağı gözlənilir. 

Bildirilir ki, Azərbaycanın öz qaz ehtiyatları var və onu ilk növbədə Türkiyəyə, sonra isə tranzit olaraq Avropaya ixrac edir. 

Müqavilədə Azərbaycana satılan qazın qiyməti göstərilmir, lakin onun Avropa qaz birjalarında formalaşan qiymətdən xeyli aşağı olduğu deyilir. 

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]