AzTU komandası Dünya Robot Olimpiadasının üçüncüsü oldu

17-19 noyabr 2022-ci il tarixlərində Almaniyanın Dortmund şəhərində keçirilən Dünya Robot Olimpiadasında 56 ölkədən 78 komanda arasında ölkəmizi təmsil edən Azərbaycan Texniki Universitetinin (AzTU) SABAH qruplarının “Platon Tech” komandası dünya üçüncüsü olub.

Məlumat üçün bildirək ki, “Platon Tech” komandasının üzvləri AzTU-nun SABAH qruplarının informasiya texnologiyaları ixtisasının tələbələri Rüfət Şixiyev, Qabil Hüseynli və ADNSU-nun tələbəsi Fərid Şixiyevdir. Rüfət və Fərid Şixiyevlər əkiz qardaşlardır.

Qeyd edək ki, 2000-dən çox iştirakçının qatıldığı yarışda birinci yerə Hindistan, ikinci yerə Yunanıstanı təmsil edən komanda layiq görülüb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]