Astara gəncləri arasında sahibkarlıqla bağlı maarifləndirici seminar həyata keçirilmişdir.

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə “Gənclərin Sosial İnkişafına Dəstək” (GSİD) İctimai Birliyi “Gənc sahibkar” layihəsi çərçivəsində tədbirlərə start vermişdir. İlk seminar 21 noyabr tarixində Astara Pedaqoji Kollecinin gənc tələbələri üçün keçirilmişdir.
Seminarı giriş sözü ilə layihənin rəhbəri Rövşən Bağırov açaraq layihənin məqsədindən və rayon gəncləri üçün əhəmiyyətindən bəhs etmişdir. O, qeyd etmişdir ki layihənin əsas məqsədi Cənub rayonlarında yaşayan gənclər arasında sahibkarlıq fəaliyyətinin stimullaşdırılması və bununla bağlı maarifləndirici tədbirlərin həyata keçirilməsindən ibarətdir. Bu məqsədlə Astara Pedaqoji Kollecindən seçilmiş 20 nəfər gənc tələbəyə sahibkarlıq fəaliyyətinə başlamaq üçün müasir bazarın tələbləri və üstünlükləri, şəxsi biznesin yaradılması, sahibkar olmaq üçün vacib olan amillər və qanunvericilik haqqında ətraflı məlumat verilmiş və maraqlı fikir mübadiləsi aparılmışdır. Tədbirdə Astara Pedaqoji Kollecinin direktoru Ağababa İbrahimov və Astara rayon İcra Hakimiyyətinin məsul şəxsi Günel Lətifzadə çıxış edərək layihənin rayon üçün əhəmiyyətindən danışaraq öz təşəkkürlərini bildirmişlər. Daha sonra gənclər Astaranın biznes imkanlarını təhlil etmiş və ən yaxşı biznes ideyanın seçilməsi üzrə qrup çalışmaları, təqdimatlar həyata keçirmiş və seçilmiş ideyaların SWOT analizini aparmışlar. Tədbirin sonunda hər bir iştirakçıya təşkilat tərəfindən Sertifikatlar təqdim edilmişdir.
Qeyd edək ki, silsilə seminarlar növbəti günlərdə Lənkəran, Lerik, Masallı və Cəlilabad rayonlarının hər birindən seçilmiş 20 nəfər (ümumilikdə 100 nəfər) gənc arasında davam etdiriləcəkdir. Bundan başqa daha çox insanları məlumatlandırmaq üçün sahibkarlıq mövzusunda nəşr edilmiş 1000 ədəd buklet gənclər arasında paylanacaqdır.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]