Ramiz Mehdiyev YAP-ın 30 illik yubiley tədbirinə qatılmayıb?

Xəbər verdiyimiz kimi, bu gün Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 30 illik yubileyi münasibətilə tədbir keçirilir.

Aktualtv.az xeber verir ki “Unikal”ın məlumatına görə, Heydər Əliyev Mərkəzində keçirilən yubiley tədbirinə YAP üzvləri və müxalif partiyaların sədrləri də qatılıblar.

Yubiley tədbirinə gələnlər arasında Prezident Administrasiyasının və Azərbaycan Milli Elmlər Akademiyasının sabiq rəhbəri Ramiz Mehdiyev görünməyib.

Məsələ ilə bağlı Ramiz Mehdiyevlə əlaqə saxlasaq da, o, tədbirə qatılıb-qatılmayacağı ilə bağlı suala cavab verməkdən imtina edib və dəstəyi asıb.

Qeyd edək ki, R. Mehdiyev 2021-ci ilin mart ayına qədər YAP İdarə Heyətinin üzvü olub.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]