Suriyadan Türkiyəyə daha 5 raket atıldı – 3 ölü, 10 yaralı – Yenilənib

PKK/YPG terror qruplaşması Suriyanın şimalından Türkiyənin Qaziantep şəhərinin Karkamış vilayətinə 5 raket atıb.

Aktualtv.az xəbər verir ki, bu barədə “Habertürk” məlumat yayıb. 

Hadisə nəticəsində 2 nəfər ölüb. Ümumilikdə 6 nəfər yaralanıb, 2-sinin vəziyyəti ağırdır. Əraziyə təcili tibbi yardım avtomobilləri və xilasedicilər cəlb olunub.

Qeyd edək ki, ötən gün də Suriya ərazisindən Türkiyənin Kilis əyalətinə raket zərbələri endirilmiş, nəticədə 7 polis əməkdaşı yaralanmışdı.

***

Türkiyənin daxili işlər naziri Süleyman Soylunun sözlərinə görə, hadisə nəticəsində 3 nəfər həlak olub: “Ölənlərin biri müəllim, digəri isə şagirddir. Daha 10 nəfər xəsarət alıb”. 

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]