Gəncədəki izdihamın səbəbi bu imiş – Video

Gəncədə əhalinin şəhərdə yerləşən binalardan birinin qarşısına toplaşmasını əks etdirən görüntülər yayılıb. 

Aktualtv.az xəbər verir ki, sosial şəbəkə izləyicilərinin sözlərinə görə, həmin insanlar binaya Fövqəladə Hallar Nazirliyinin iş elanından sonra yığılıblar. Videodan görünür ki, yüzlərlə insan izdihamla, növbəsiz şəkildə binaya daxil olmağa çalışır. 

Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinə sorğu ünvanladıq. FHN-in Mətbuat xidmətindən müraciətimizə cavab olaraq bildirildi ki, bu gün Gəncə şəhərində Gəncə şəhəri, Samux və Kəlbəcər rayonlarının sakinləri üçün fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən qəbul həyata keçirilir: “Prosedura uyğun olaraq qəbul günündən bir gün əvvəl, yəni dünəndən başlayaraq qəbulda iştirak etmək istəyən sakinlərin qeydiyyatı aparılıb. Həmin videogörüntülər də dünən qəbula qeydiyyata yazılmaq üçün gələn vətəndaşlara aiddir. Qəbul üçün müraciət edənlərin hər biri qeydiyyata alınıb. Bütün müraciət edən vətəndaşların qəbulu həyata keçirilir və hər bir müraciətlə bağlı nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı operativ olaraq zəruri tədbirlər görülür. Həmçinin, nazirliyin səlahiyyətlərinə aid olmayan müracitlər müvafiq qaydada yönləndirilir”. 

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]