Dünya çempionatı ilə vidalaşan ilk komanda məlum oldu

Futbol üzrə dünya çempionatında A qrupunda çıxış edən Qətər millisi ilk oyunda Ekvadora 2:0, ikinci görüşdə isə Seneqala 3:1 hesabı ilə məğlub olub.

Xalı olmayan və qrupda sonuncu yerdə qərarlaşan turnirin ev sahiblərinin yarışla vidalaşacağı dəqiqləşib.

İkinci oyunlardan sonra A qrupunda Niderland və Ekvadorun 4 xalı, Seneqalın isə 3 xalı var.

Beləliklə də, Qətər seçməsi turnir tarixində iki qrup oyunundan sonra mübarizədən kənarlaşdırılan ilk ev sahibi ölkə olub.

Qeyd edək ki, DÇ-2010-a ev sahibliyi edən Cənubi Afrika da vaxtilə qrupdan çıxa bilməyib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]