Kukla Teatrındakı yoxlamalar nə yerdədir?

Mədəniyyət Nazirliyi Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında yoxlama aparmaqda davam edir.

Bu barədə sözügedən teatrın mətbuat katibi Həmidə Rüstəmova feysbukda yaydığı videomüraciətdə bildirib.

Onun sözlərinə görə, yoxlamalar teatrın gündəlik işinə mane olmayıb: “Cari tamaşalarlar oynanılır, yeni tamaşalarımızın məşqləri öz tempində davam edir”.

H. Rüstəmova bildirib ki, yoxlamalar bitdikdən sonra bununla bağlı mətbuat konfransı keçiriləcək.

Qeyd edək ki, noyabrın 21-dən Mədəniyyət Nazirliyi Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında yoxlama aparır. İddia olunur ki, teatrın rejissoru Səidə Haqverdiyevanın Mədəniyyət Nazirliyini tənqid etməsindən sonra teatra qarşı təzyiqlər başlayıb və yoxlamalar da bununla bağlıdır. Nazirliyin mətbuat katibi Nuridə Allahyarova isə bildirib ki, Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən teatrlarda yol verilən pozuntu hallarına dair  nazirliyə müraciətlər daxil olub, həmçinin bu barədə mediada məlumatlar yayılıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]