Rusiya taxıl ixracını süni şəkildə ləngidir

Birgə Koordinasiya Mərkəzi tərəfindən taxıl gəmilərinin təftişi Rusiya tərəfindən gecikdirilir.

Bu barədə Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakov bildirib.

“Bizim gündə 40 yoxlama keçirmək təcrübəmiz var idi, indi Rusiyanın mövqeyinə görə gündə beş dəfə az yoxlama aparılır. Oktyabrda “Taxıl Təşəbbüsü” 4,2 milyon ton taxıl ixrac etməyə imkan verdi, noyabrda biz üç milyon tona belə, çatmayacağıq. Eyni zamanda, texniki olaraq ayda altı milyon tona çata bilərik”, – deyə Kubrakov yazıb.

Nazirin sözlərinə görə, bazar günü axşam saatlarında 77 gəmi yoxlama üçün növbəyə durub, “Böyük Odessa” limanları yalnız yarıyacan dolu olub, taxılın qiyməti isə Rusiyadan gələn hər yeni şantajla artıb.

Kubrakov əlavə edib ki, yoxlamaların süni şəkildə gecikdirilməsi fermerlərin və gəmi sahiblərinin itkisinə səbəb olur; bir günlük fasilə ən azı 30 min dollara başa gəlir, gəmilər isə təftişi bəzən iki-beş həftə gözləməli olur.

Mənbə: Meduza

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]