IX sinif şagirdləri üçün karyera düşərgəsi uğurla davam edir

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə “Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant” müsabiqəsi çərçivəsində İsmayıllı rayonunda “Öz peşəni özün seç” IX sinif şagirdləri üçün 2 günlük karyera düşərgəsi çərçivəsində təlimin ikinci günü uğurla davam edir. Düşərgədə Kürdəmir rayonunun müxtəlif məktəblərindən sorğu yolu ilə seçilmiş 15 nəfər IX sinif şagirdi iştirak edir.
Təlimin ikinci gününü giriş sözü ilə layihənin rəhbəri, Kürdəmir rayonu Sığırlı kənd tam orta məktəbinin müəllimi Günel Hüseynova açaraq layihənin əsas məqsədi, birinci günün yekunları və şagirdlərin təəssüratlarını soruşdu və təlimin işinə uğurlar arzu edərək sözü layihənin eksperti, İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin müəllimi Rüstəm Musayevə verdi. Ekspert Rüstəm müəllim, gənclərin peşə seçiminə təsir edən amillər, peşə təhsilinin səviyyələri, peşə təhsilində ixtisas seçimi, peşə təhsil mərkəzlərinə müraciət formaları və qəbul qaydaları haqqında geniş məlumat verdi və şagirdlərin suallarını cavablandırdı. Daha sonra şagirdlər təlim proqramına uyğun olaraq İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinə səfər etmiş və Mərkəzin fəaliyyəti ilə daha yaxından tanış olmuşlar. Səfər çərçivəsində şagirdlər peşə ixtisasları ilə tanış olmuş və tədris prosesini daha yaxından izləmişlər.
Düşərgə həm nəzəri həm də praktiki hissə ilə davam edir.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]