Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının sayı artırılır – SİYAHI

Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının sayı artırılır.

Bununla bağlı “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Milli Məclisin qərarında dəyişikliklər edilməsi barədə” qərar layihəsi parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin ötən gün keçirilən onlayn iclasında müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, Azərbaycan-Banqladeş, Azərbaycan-Burundi, Azərbaycan-Efiopiya, Azərbaycan-Honduras, Azərbaycan-Kamerun, Azərbaycan-Qvatemela, Azərbaycan-Livan, Azərbaycan-Nepal, Azərbaycan-Nigeriya, Azərbaycan-Panama, Azərbaycan-Sudan və Azərbaycan-Zimbabve parlamentlərarası əlaqələr üzrə işçi qrupları yaradılacaq.

Sənəd layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]