Blinken İran üzərində qələbəyə belə sevindi – Fotolar

ABŞ-nin Azərbaycandakı səfirliyi ötən gün Qətərdə keçirilən futbol üzrə Dünya Çempionatında ABŞ yığmasının İran milli komandası üzərində qələbəsi ilə bağlı paylaşım edib.

Paylaşımda qələbə münasibətilə milli komandaya təşəkkür edilib: “ABŞ-nin futbol millisi bu gün bizi qürurlandırdı. Möhtəşəm qələbə münasibətilə təbrik edirik. Dostlarımız, ailələrimiz və bütün dünyada olan pərəstişkarlarımız gözəl oyun göstərən komandanı alqışlayır. 1/8 finalda uğurlar. ABŞ komandası, irəli!”

Qeyd edək ki, qələbəni qeyd edənlər arasında ABŞ Dövlət katibi Entoni Blinken və Ukrayna xarici işlər naziri Dmitri Kuleba da olub.

Xatırlıadaq ki, ABŞ millisi İranı 1:0 hesabı ilə məğlub edərək 1/8 mərhələsinə yüksəlib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]