“Öz peşəni özün seç” IX sinif şagirdləri üçün karyera düşərgəsi uğurla başa çatdı

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə “Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant” müsabiqəsi çərçivəsində İsmayıllı rayonunda “Öz peşəni özün seç” IX sinif şagirdləri üçün 2 günlük karyera düşərgəsi uğurla başa çatdı. Düşərgədə Kürdəmir rayonunun müxtəlif məktəblərindən sorğu yolu ilə seçilmiş 15 nəfər IX sinif şagirdi iştirak etmişdir.

Layihənin rəhbəri Günel Hüseynovanın verdiyi məlumata görə layihənin əsas məqsədi IX buraxılış sinif şagirdlərinin peşə seçiminə və karyera inkişafına dəstək olmaqdan ibarətdir. Bu məqsədlə 2 günlük düşərgədə layihəyə cəlb edilmiş təlimçi və ekspert tərəfindən şagirdlərə peşə seçiminə təsir edən amillər, özünü tanıma, xarakter tiplərinin müəyyən olunması və hər şagirdin xarakterinə uyğun peşə və ixtisasların seçilməsinə dəstək, özünü kəşf etməyə mane olan düşüncələr, peşə təhsilində uğurlu olmaq üçün inkişaf planının tərtib olunması, uğurlu karyera üçün lazım olan bacarıqlar, resume(CV) və motivasiya (istək) məktubunun hazırlanma qaydaları, müsahibəyə hazırlıq, peşə təhsil mərkəzlərinə müraciət formaları, peşə təhsilində ixtisas seçimi və sair mövzular tədris edilmişdir. Düşərgə çərçivəsində təlimlər qeyri-formal üsullarla, rol və simulyasiya oyunları, qrup işləri, təqdimatlar və müzakirə formatında təşkil edilmişdir. Təlimçi Bakı Dövlət Universitetinin müəllimi, NLP master Fərid Seyfullayev hər bir şagirdi fərdi qaydada konsultasiya edərək onların xarakter tiplərini müəyyən etmiş və onların xarakterinə uyğun peşə və ixtisaslarını müəyyən edərək öz tövsiyyələrini vermişdir.

Təlim proqramına uyğun olaraq düşərgənin ikinci günü şagirdlər İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinə səfər edərək oradakı tədris prosesi, mərkəzin şəraiti və avadanlıqları ilə daha yaxından tanış olmuşlar.

Düşərgənin sonunda hər bir şagirdə iştirakçı Sertifikatı təqdim edilmişdir.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]