Ukrayna Rusiyanın neft çənlərini VURDU

Rusiyanın Bryansk vilayətində dizel yanacağı olan çənlər yanıb. 

Aktualtv.az Rusiyanın fövqəladə hallar xidmətinə istinadən xəbər verir ki, Suraj rayonunda baş verən yanğının sahəsi dörd min kvadratmetrə qədər artıb. 

Yanğına üçüncü mürəkkəblik dərəcəsi verilib. Hazırda yanan çənlərin yanında yerləşən digər yanacaq çənlərinin soyudulması işləri aparılır.

Qeyd olunub ki, hadisəyə səbəb pilotsuz uçuş aparatından atılan bomba olub. 

Bölgənin qubernatoru Aleksandr Boqomaz yanğının lokallaşdırıldığını bildirib.

Zərərçəkənlər barədə məlumat daxil verilmir. 

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]