Mehdiyev Vasif Talıbovun adını eşidən kimi “otboy” verdi

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev DTX-nin Naxçıvanda keçirdiyi son əməliyyatı, həbsləri şərh etmək istəməyib.

“Qafqazinfo” xəbər verir ki, Musavat.com Naxçıvanda baş verənlərlə bağlı Ramiz Mehdiyevin mövqeyini öyrənməyə çalışıb.

Canlı efirdə telefon zənginə cavab verən AMEA-nın sabiq rəhbəri bu işlərdən uzaq olduğunu bildirib: “Bilirsiniz, mən bu işlərdən uzağam. Ona görə bir şey deyə bilmərəm sizə. Sağ olun”.

Daha sonra R.Mehdiyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun adını eşidəndən sonra dəstəyi asıb. 

Qeyd edək ki, bir müddət əvvəl Dövlət Təhlükəsizliyi Xidməti Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsində əməliyyat tədbirləri keçirib, Komitənin müxtəlif rəhbər vəzifəli şəxsləri məsuliyyətə cəlb edilərək həbs edilib. Həbs edilən şəxslər arasında Naxçıvanın maliyyə naziri Rafael Əliyev də var.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]