Mikayıl Cabbarov: “Sosial mədəniyyət iqtisadiyyatın inkişafında böyük rol oynayır”

“Kiçik və orta biznesin inkişafı ölkənin inkişaf tempini gücləndirir”.

Aktualtv.az xəbər verir ki, bunu KOBİA və Kiçik və Orta Müəssisələr üçün Beynəlxalq Şəbəkənin (INSME) təşkilatçılığı ilə “KOB-ların gücləndirilməsi: İqtisadi diversifikasiya və yaşıl inkişaf” mövzusunda INSME-nin 18-ci illik toplantısında iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, ölkənin inkişafına təsir edən amillərdən biri işğal idi:

“Sosial mədəniyyət iqtisadiyyatın inkişafında böyük rol oynayır. Ölkənin inkişafına təsir edən böyük amillərdən biri işğal, əhalinin məcburi köçkünə çevrilməsi idi. Bu, iqtisadi tənəzzülə gətirib çıxaran amil idi. Ərazilərimizi iki il öncə azad etdik. Bərpa işləri aparırıq. Burada insan kapitalının böyük rol oynadığını görə bilərik. Siyasətin və iqtisadiyyatın inkişafı göz önündədir”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]