Ermənistan parlamenti Azərbaycanı pisləyən bəyanatı qəbul edə bilmədi

Ermənistan parlamenti sentyabr qarşıdurması nəticəsində guya onlara təcavüz edildiyini iddia edərək Azərbaycanı pisləyən bəyanatı qəbul etməyib.

Aktualtv.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bəyanatın müəllifi olan müxalif “Ermənistan” fraksiyası hakim “Mülki müqavilə” fraksiyası ilə anlaşa bilməyib. Nəticədə hakim fraksiya səsvermədə iştirak etməyib və bu səbəbdən bəyanat layihəsi qəbul edilməyib.

Məlumata görə, rəhbərlik sözügedən bəyanatdan “Artsax Respublikası” ifadəsinin silinməsini və onun əvəzinə “Qarabağ erməniləri” yazılmasını istəyib ki, bu da tərəflər arasında fikir ayrılığına səbəb olub.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]