İran parlamenti hicabın məcburi geyinilməsi məsələsinə baxacaq

İran parlamenti ictimai mədəniyyət şurası yaradacaq ki, onun səlahiyyətlərinə hicabın məcburi geyinilməsi məsələsinə baxmaq daxildir.

Aktualtv.azxəbər verir ki, bu barədə İran parlamentinin mədəniyyət komitəsinin rəhbəri Qulamrza Montazeri bildirib.

“İran parlamentinin Mədəniyyət komitəsində xüsusi olaraq hicabla bağlı məsələlərlə məşğul olmaq üçün işçi qrup təşkil edilib. Mədəniyyət məsələlərini müzakirə etmək üçün yaradılan İctimai Mədəniyyət Şurası hicab məsələsi ilə bağlı universal sxem hazırlayır. Qanunda aydın olmayan və ya qeyri-konstruktiv məqamlar varsa, biz parlamentdə kömək etməyə hazırıq”, – Montazeri deyib.

Qeyd edək ki, İranda 2 aydan çoxdur ki, molla rejimi əleyhinə mitinqlər keçirilir.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]