QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Rəy Komissiyasının növbəti iclası keçirilib

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Dövlət orqanları tərəfindən qeyri-hökumət təşkilatlarına qrant verilməsinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə, gənclər siyasəti sahəsində qrantlara münasibətdə isə, həmçinin Azərbaycan Respublikasının Gənclər Fondu ilə razılaşdırılması Qaydası”nın icrasını təmin etmək məqsədilə yaradılmış Rəy Komissiyasının növbəti iclası keçirilib.
İclasda Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən “2022/2023-cü illərdə təhsilin inkişafı üzrə ictimai təşəbbüslərin dəstəklənməsi” və Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının “Dövlət qulluqçuları üçün korrupsiyaya qarşı mübarizə və etik davranış qaydaları ilə bağlı elektron təlim kurslarının keçirilməsi ilə bağlı” qrant müsabiqələri çərçivəsində maliyyələşdirilməsi məqsədəmüvafiq hesab edilən layihələrə dair Agentlik tərəfindən rəyin bildirilməsi üçün təqdim edilən müraciətlərə baxılıb.
Müzakirələr zamanı irəli sürülmüş tövsiyələr sonrakı mərhələdə qərarların verilməsi üçün aidiyyəti üzrə Müşahidə Şurasına təqdim edilib.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]