Laçın dəhlizindəki sıxlığın səbəbi məlum oldu – Yenilənib

Xankəndi-Gorus avtomobil yolunun Şuşa-Daşaltı yol ayrıcında böyük tıxacın yaranması ilə bağlı sosial şəbəkələrdə məlumatlar yayılıb.

Aktualtv.az xəbər verir ki, əslində məsələ bir neçə dövlət qurumunun sülhməramlı qüvvələrinin nəzarət etdiyi ərazilərimizdə faydalı qazıntıların qanunsuz istismarı ilə bağlı apardığı monitorinqə görədir.

Belə ki, sözügedən monitorinqdə heç bir hərbçi iştirak etməyib. Bunun əsas səbəbi ekoloji fəsadların araşdırılması ilə bağlıdır.

Qeyd edək ki, bu gün saat 11.00 radələrində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları əraziyə keçid üçün Xankəndi ilə Şuşa şəhəri arasındakı Rusiya sülhməramlı qüvvələrinin nəzarət məntəqəsinə yaxınlaşıblar.

Hazırda Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi ərazilərimizdə faydalı qazıntıların qanunsuz istismarı və bundan əmələ gələn gələn ekoloji fəsadların araşdırılması və monitoriqi məqsədilə ekspertlərdən ibarət qrupun həmin ərazilərdə fəaliyyət göstərməsi sülhməramlı qüvvələrin komandanlığı ilə müzakirə olunur.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]