“İlin sonuna kimi Azərbaycan-Ermənistan liderlərinin görüşü ola bilər”

“Ermənistan Azərbaycandan sülh sazişi layihəsi üzrə təkliflər alıb”.

Aktualtv.az “TASS”a istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin xarici əlaqələr üzrə daimi komissiyasının rəhbəri Eduard Ağacanyan deyib.

“Deyə bilərik ki, təkliflərin üçüncü mərhələsi müzakirə olunur. Məsələ ilə bağlı digər detalları açıqlaya bilmərəm”, – deyə Ağacanyan qeyd edib.

O, həmçinin cari ilin sonuna qədər Azərbaycan və Ermənistan liderləri arasında görüşün keçirilməsinin mümkünlüyünü istisna etməyib: “Ölkə liderlərinin və yaxud XİN rəhbərlərinin görüşünə gəldikdə isə, ilin sonuna qədər belə bir görüşün keçirilməsi istisna edilmir”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]