İranda etirazçıların edam olunmasına başlanılır

İranda etirazlar səbəbindən həbs olunaraq edam cəzasına məhkum edilən şəxslərdən bəzilərinin cəzasının icra edilməsinə qərar verilib.

Aktualtv.az İran mətbuatına istinadən xəbər verir ki, bu barədə İranda məhkəmə hakimiyyəti qolunun rəhbəri Qulamhüseyn Möhsüni Əcai bildirib.

Əcainin sözlərinə görə, yaxın vaxtlarda indiyə qədər barələrində ölüm hökmü çıxarılmış 6 nəfərdən bir neçəsinin cəzasının icra edilməsinə başlanacaq.

O vurğulayıb ki, məhkəmə prosesi qısa müddətdə başa çatıb.

Terror diqqətə çatdırıb ki, konstitusiya quruluşunu dəyişməyə cəhd kimi ağır maddələrdə ittiham olunanlar edam cəzasına məhkum ediliblər. Xeyli insanın isə uzunmüddətli həbsinə qərar verilib.

“Ölüm hökmü çıxarılmış şəxslərin bir hissəsi tezliklə edam ediləcək”, – deyə İran rəsmisi bəyan edib.

Qeyd edək ki, sentyabrda hicab qaydasını pozmaq ittihamı ilə polis tərəfindən saxlanılan və müəmmalı şəkildə həyatını itirən 22 yaşlı Məhsa Əminin ölümündən sonra İranda kütləvi etirazlar başlayıb. Ailəsi M.Əminin heç bir xəstəliyinin olmadığını və polis tərəfindən döyülərək öldürüldüyünü, rəsmilər isə ürək çatışmazlığından vəfat etdiyini bəyan ediblər.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]