Bu gün dünya çempionatında 1/8 finalın son iki görüşü keçiriləcək.
Günün ilk matçında Mərakeşlə İspaniya üz-üzə gələcək.
Qarşılaşma saat 19:00-da start götürəcək.
DÇ-2022
1/8 final
19:00. Mərakeş – İspaniya
Komandaların start heyətləri açıqlanıb:
Mərakeş: 1. Yassin Bunu, 5. Nayef Aquerd, 6. Romen Saiss, 2. Əşrəf Hakimi, 3. Nussair Mazraui, 4. Sofyan Amrabat, 8. Azeddin Unai, 15. Sekin Amallah, 17. Sofyan Bufal, 19. Yussuf En-Nesiri, 7. Hakim Ziyeş
İspaniya: 23. Unai Simon, 24. Aymerik Lyaport, 18. Jordi Alba, 5. Serxio Buskets, 16. Rodri, 6. Markos Lyorente, 9. Qavi, 26. Pedri, 10. Marko Asensio, 21. Dani Olmo, 11. Ferran Torres
Oyun başladı
Ətraflı
İlk hissə qolsuz başa çatdı – 0:0.
İkinci hissə başladı.
Oyunun əsas vaxtı qolsuz başa çatdı. Əlavə hissələr oynanılacaq.
Birinci əlavə hissə qolsuz başa çatdı.
İkinci əlavə hissə oynanılır.
Qalib penaltilər seriyasında müəyyənləşəcək.
Penaltilər seriyası Mərakeşin 3:0 hesablı qələbəsi ilə başa çatdı. Mərakeş 1/4 finala, İspaniya isə evə yollanır.










