Həmin qazi pulu bu məqsədlə toplayırmış – Video

A VPN is an essential component of IT security, whether you’re just starting a business or are already up and running. Most business interactions and transactions happen online and VPN

Nərimanov rayonunda hərbi formalı və yaxasında medal olan şəxsin pul toplamasını əks etdirən görüntülər yayılıb.

Aktualtv.az xəbər verir ki, sözügedən video sosial şəbəkələrdə müzakirələrə səbəb olub. İddia edilib ki, bloqer Elçin Ləmbəranski onun pul toplamasına şərait yaradıb və vətəndaşlara çağırış edib. 

Məsələ ilə bağlı E.Ləmbəranski açıqlama verib. O qeyd edib ki, metronun qarşısına balaca qız üçün keçirilən yardım kampaniyasına qatılmağa gedib: “Birincisi, o qazini mən tanımıram. Xəstə balamızın anasının səsinə səs verməyə getmişəm və görmüşəm ki, bu oğlan da oradadır. İkincisi, mən Mələk balamızın anasına tapşırmışam ki, sabahdan bu qazi sənin yanında formada dayanmasın”. 

Görüntülərlə bağlı “Qafqazinfo”nun sorğusunu cavablandıran Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev məsələnin araşdırıldığını bildirib: “Sosial şəbəkələrdə yayılan görüntülərdə əks olunan hallar hüquqazidd əməldir. Yardımdırsa, yardım toplama forması bu deyil. Məsələ araşdırılır”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]