“Ermənistan tezliklə bunu Azərbaycana təhvil verəcək” – Armen Qriqoryan

Ermənistan tezliklə sülh müqaviləsi layihəsinin redaktə olunmuş variantını Azərbaycana təhvil verəcək.

Bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan jurnalistlərlə keçirdiyi brifinqdə deyib. 

O, Azərbaycan tərəfinin Ermənistana təhvil vermiş sülh müqaviləsi layihəsi ilə bağlı üçüncü təkliflər paketi üzərində çalışdıqlarını qeyd edib: “Biz mətn üzərində işi davam etdiririk və bizim redaktə etdiyimiz versiya tezliklə Azərbaycana ötürüləcək”. 

Təhlükəsizlik Şurasının katibi vurğulayıb ki, Ermənistan tərəfi ilin sonuna qədər sülh sazişinin imzalanması üçün bütün səylərini sərf edəcək: “Ermənistan hökumət timsalında bütün səylərini ortaya qoyub ki, biz sülh sazişi əldə edək. İndi ilin sonuna yaxın olduğundan bunun uğurlu olacağını söyləmək çətindir, lakin biz işləməyə davam edəcəyik və hər şey işin nəticəsindən asılıdır”. 

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]