Seymur Talıbovun işdən çıxarılması TƏSDİQLƏNDİ

Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun kiçik oğlu, Seymur Talıbovun adı Naxçıvan Dövlət Universitetinin rəsmi saytında prorektorlar siyahısından çıxarılıb.

Aktualtv.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Universitetin saytında prorektorlar bölməsində beynəlxalq əlaqələr üzrə prorektor bölməsi hazırda boşdur.

Maraqlıdır ki, universitetin saytında digər prorektorlar üzrə bölmələrdə (tədris və tərbiyə işləri üzrə prorektor və ümumi işlər üzrə prorektor) müvafiq vəzifələri yerinə yetirən şəxslər barədə məlumatlar var.

Qeyd edək ki, bir müddət əvvəl Naxçıvan Dövlət Universitetinin (NDU) prorektoru Seymur Talıbovun vəzifəsindən azad edilməsi ilə bağlı məlumat yayılıb.

Məsələ ilə bağlı Muxtar Respublikanın Təhsil Nazirliyindən “Qafqazinfo”ya bildirilmişdi ki, universitet Elm və Təhsil Nazirliyinə tabedir və bu barədə məlumatlı deyillər. Elm və Təhsil Nazirliyindən isə sorğumuza cavab olaraq bildirilib ki, sözügedən məsələ ilə bağlı nazirlikdə məlumat yoxdur.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]