Aİ Ermənistan ərazisinə göndərilən missiyanın mandatını uzatmaq istəyir?

Avropa İttifaqı (Aİ) Ermənistan-Azərbaycan sərhədi yaxınlığında Ermənistan ərazisinə göndərilən müşahidə missiyasının işini müsbət qiymətləndirir.

Aktualtv.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə məlumatı jurnalistlərə Brüsseldə yüksəkvəzifəli avropalı mənbə açıqlayıb.

“Müşahidəçilərin iştirakının müsbət effektini müşahidə edirik. Onların mandatı dekabrın 19-u başa çatır. Hazırda gələcək imkanları müzakirə edirik”, – deyə mənbə qeyd edib.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan, Fransa Prezidenti Emmanuel Makron və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında oktyabrın əvvəli Praqada baş tutan danışıqların yekununda Ermənistan-Azərbaycan sərhədi yaxınlığında Ermənistan ərazisinə Avropa İttifaqının 40 nəfərdən ibarət mülki missiyasının göndərilməsi barədə qərar qəbul olunub.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]